Qazaxıstanlı tennisçi: “Bersidə səni həqiqətən sevmirlər”
İdman
26.01.2026 09:21
Dünyanın 10-cu raketkası, Qazaxıstanlı tennisçi Aleksandr Bublik “Australian Open” turnirinin 1/8 finalında avstraliyalı Aleks de Minora məğlub olduqdan sonra rəqibinə göstərilən güclü yerli azarkeş dəstəyi şəraitində oynamağın nə dərəcədə çətin olması ilə bağlı suala cavab verib.
TodayPress TV xəbər verir ki, Bublik Avstraliya publikasını çətin hesab etmədiyini bildirib:
“Xeyr, siz yüngül publikasınız. Gəlin, Parisdə, Bersi arenasında fransız tennisçiyə qarşı oynayın - onda hər şeyi anlayacaqsınız. Məncə, bundan daha çətin heç nə yoxdur. Bu səviyyədən yuxarısı sadəcə mövcud deyil. Fransıza qarşı Bersi-də oynayanda səni bundan daha çox nifrətlə qarşılaya bilməzlər. Hətta “Roland Garros”da belə yox - məhz Bersidə”, - deyə Bublik matçdan sonra verdiyi müsahibədə yerli publikanı dəyərləndirib.
Qeyd edək ki, Aleksandr Bublik böyük hesablı məğlubiyyətə baxmayaraq, “Australian Open”də karyerasının ən yaxşı nəticəsini göstərib. O, bu turnirdə indiyədək heç vaxt 1/8 final mərhələsinə yüksəlməmişdi.
Namiq HUN
tag: Aleksandr Bublik,Qazaxıstanlı ,Australian Open,Aleks de Minor,Todaypress.tv,
