“Qayıdacağıq!” – Qvardiola gələcəyi ilə bağlı şübhələrə son qoydu

İdman

18.03.2026 10:52

Pep Qvardiola “Mançester Siti”dəki gələcəyi ilə bağlı sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb. 

UEFA Çempionlar Liqasının 1/8 finalında “Real Madrid”ə (1:2) məğlubiyyətdən və turnirlə vidalaşdıqdan sonra ispaniyalı mütəxəssis belə deyib:

- Siz “Biz geri qayıdacağıq” dediniz. Bu, “Mançester Siti”də qalacağınız anlamına gəlir?

- Mən 10 ildən sonra karyeramı bitirəndə belə deyəcəyəm ki, biz geri qayıdacağıq. Çünki mən bunun bir hissəsiyəm. Necə ki, “Barselona” və “Bayern Munhen”də olmuşam. Orada da klubun bir hissəsi idim. Mən “Mançester Siti”yə çox bağlıyam.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə çempionu olub, 4 dəfə Liqa Kubokunu, 3 dəfə İngiltərə Superkubokunu, 2 dəfə İngiltərə Kubokunu qazanıb. Bundan əlavə, “şəhərlilər” 1 dəfə Çempionlar Liqasını, Klublararası dünya çempionatını və UEFA Superkubokunu da qazanıblar.

Namiq HUN

TodayPress TV

tag: Pep Qvardiola,Mançester Siti,Klub,Qərar,Todaypress.tv,