Qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq

İdman

23.01.2026 12:04

Azərbaycanın qarüstü polo üzrə "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində təşkil olunan 41-ci Dünya Kubokunda qələbə uğrunda mübarizə aparacaq.

TodayPress TV xəbər verir ki, yarışda "Land of Fire" ilə yanaşı, "Sankt Moritz", "Flexjet", "Standing Rock", "Investec" və "Mackage" komandaları da   iştirak edəcək.

"Land of Fire" turnirdə ilk oyununu ev sahibi "Sankt Moritz" komandasına qarşı keçirəcək.

İlk günün nəticələrinə əsasən, 4 komanda yarımfinala vəsiqə qazanacaq. Yanvarın 25-də isə Dünya Kuboku turnirində üçüncü yer uğrunda və final görüşü baş tutacaq. 

Sonda Sankt-Moritz yarışının qalibi ilə yanaşı, ən yaxşı oyunçu və ən yaxşı polo atı mükafatlandırılacaq.

"Land of Fire" komandasının bu turnirdə iştirakı Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına və ölkəmizin idman imicinin elit məkanlarda təbliğinə mühüm töhfə verir.

Qeyd edək ki, 1985-ci ildən bəri hər il keçirilən bu yarış yüksək səviyyəli oyunları və möhtəşəm dağ mənzərəsi fonunda baş tutan sosial tədbirləri ilə məşhurdur. 

Namiq HUN

TodayPress TV

tag: Qarüstü polo,Dünya Kuboku,Yarış,Mübarizə,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo