Qarda qələbə alovu: “Land of Fire”dən möhtəşəm start

Qarda qələbə alovu: “Land of Fire”dən möhtəşəm start
17.01.2026 09:45 İdman

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kuboku turniri keçirilir.

TodayPress TV xəbər verir ki, dünyanın ən nüfuzlu qış idman tədbirlərindən biri sayılan bu mötəbər turnirdə Azərbaycanı “Land of Fire” komandası təmsil edir.

Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış, xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan yarışda poloçularımız ilk turda “Bentley” komandası ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 7:4 hesablı qələbəsi ilə başa çatıb.

Qarüstü polo üzrə Dünya Kuboku turniri 18 yanvar tarixinədək davam edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər