“Qarabağ”dan ayrılıq siqnalı: gənc forvard legioner karyerasına yaxınlaşır

“Qarabağ”dan ayrılıq siqnalı: gənc forvard legioner karyerasına yaxınlaşır
06.02.2026 15:12 İdman

“Qarabağ” klubunun hücumçusu Nəriman Axundzadə xarici klubların maraq dairəsinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. 

Bildirilir ki, futbolçu üçün bir neçə xarici klubdan təklif daxil olub və hazırda tərəflər arasında danışıqlar intensiv mərhələdə davam edir. Maddi məsələlərdə razılıq əldə olunacağı təqdirdə, Nəriman Axundzadə “Qarabağ”dan ayrılaraq legioner karyerasına başlaya bilər.

Məlumata görə, futbolçu özü də legioner həyatı yaşamaq istədiyini klub rəhbərliyinə bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər