"Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazandı

"Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazandı
16.01.2026 21:50 İdman

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın "Zaqlembe" komandasına qalib gəlib - 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın "Osiyek" kollektivini 3:1 hesabı ilə məğlub edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər