Qadın voleybolçular Yüksək Liqada

Qadın voleybolçular Yüksək Liqada
22.03.2026 18:25 İdman

Azərbaycan qadın voleybolçularının Yüksək Liqasında pley-off mərhələsinin oyun təqvimi və keçirilmə qaydaları müəyyənləşib. Çempionluq uğrunda həlledici qarşılaşmalara martın 27-də start veriləcək.

TodayPress TV xəbər verir ki, pley-off mərhələsində 1/4 və 1/2 final görüşləri ev və səfər prinsipi əsasında, iki oyundan ibarət formatda təşkil olunacaq. Reqlamentə əsasən, hər iki oyunun nəticəsində komandaların qələbə sayı bərabər olarsa, növbəti mərhələyə yüksələn tərəfi müəyyən etmək üçün “qızıl set” oynanılacaq.

Turnirin həlledici mərhələsində bürünc və qızıl medal uğrunda görüşlər isə fərqli formatda keçiriləcək.

Qadınlar, pley-off mərhələsi:

27 mart -1/4 final, ilk oyunlar

15:00. "Murov Az Terminal" – "Turan"

17:00. "Azərreyl" – "DH Volley"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)


28 mart - 1/4 final, ilk oyunlar

15:00. "Abşeron" – "Milli Aviasiya Akademiyası"

17:00. UNEC – "Gəncə"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)


2 aprel -1/4 final, cavab oyunları

16:00. "Turan" – "Murov Az Terminal"

(Tovuz Olimpiya İdmam Kompleksi)

18:00. "DH Volley" – "Azərreyl"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)


3 aprel - 1/4 final, cavab oyunları

16:00. "Milli Aviasiya Akademiyası" – "Abşeron"

18:00. "Gəncə" – UNEC

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər