Pul yox, sədaqət: Maquayr “Mançester Yunayted”i seçdi
İdman
09.04.2026 10:45
Harri Maquayr “Mançester Yunayted” klubunda qalmaq üçün maaşının azaldılmasına razılaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Məlumata görə, müdafiəçi yeni müqavilə imzalayarkən həftəlik 190,000 funt sterlinq məvacibinin aşağı salınmasını qəbul edib. Bundan əlavə, Maquayr daha sərfəli təklifləri də geri çevirib. O, “İnter Mayami” klubunun təklifini qəbul etməyib. ABŞ təmsilçisi ona yüksək maaş və Lionel Messi ilə bir komandada oynamaq imkanı təklif etsə də, futbolçu düşünmək üçün vaxt götürdükdən sonra bu variantdan imtina edib.
Nəticədə o, “Mançester Yunayted” ilə müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. Yeni anlaşmada müqaviləni daha bir il artırmaq imkanı da nəzərdə tutulub.
Qeyd edək ki, Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, 266 oyunda meydana çıxıb və İngiltərə və Liqa Kubokunu qazanıb.
Namiq HUN
tag: Harri Maquayr,Mançester Yunayted,Klub,Müqavilə,Todaypress.tv,
