Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi

İdman

25.01.2026 18:00

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Turan Tovuz” komandası “Sumqayıt”la qarşılaşıb.

TodayPress TV xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə hesabı 13-cü dəqiqədə Hayderson Hurtado açıb. Kolumbiyalı müdafiəçi 60-cı dəqiqədə avtoqol müəliffi də olaraq hesabı bərabərləşdirib.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqədə Rəhim Sadıxovun vurduğu qolla qalib gəlib.

Bununla da “Turan Tovuz” xallarının sayını 30-a çatdıraraq 3-cü pilləyə yüksəlib. “Sumqayıt” 27 xalla beşincidir.

Qeyd edək ki, tura gün keçiriləcək “Sabah” - “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq. Görüş saat 18:30-da start götürəcək.

TodayPress TV

tag: Turan-Tovuz,Sumqayıt,Klub,Qələbə,Todaypress.tv,