Premyer Liqa: "Qəbələ” səfərdə Şamaxını məğlub etdi

İdman

24.01.2026 16:10

“Şamaxı” Premyer Liqanın XVII turunda doğma meydanda “Qəbələ”ni ram edə bilməyib.

TodayPress TV xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matç “Qəbələ” klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

“Qırmızı-qaralar” birinci hissəni Domi Massumonun 45-ci dəqiqədə vurduğu qolla qazanıb - 0:1.

46-ci dəqiqədə İsaak Amoah “Qəbələ” klubunun hesabdakı üstünlüyünü iki topa çatdırıb - 0:2.

81-ci dəqiqədə İsmael Akinade “Şamaxı” klubunun 3:0 hesablı darmadağınını rəsmiləşdirib. 

Matça əlavə olunmuş vaxtda isə Fərid İsgəndərov komandasının 4-cü qolunu vurmaqla oyunda son nöqtəni qoyub.

Günün son görüşü “Azərsun Arena”da “Qarabağ”la “Kəpəz” arasında keçiriləcək. 

Qeyd edək ki, XVII turun daha əvvəl baş tutan görüşlərində “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə heç-heçə edib. Tura yanvarın 25-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: Premyer Liqa,Şamaxı,Qəbələ,Futbol,Todaypress.tv,