Pimblett: “İslam birinci, Topuriya isə mənim növbəmdədir”

İdman

16.01.2026 12:53

UFC-nin yüngül çəki üzrə beşinci pilləsində yer alan britaniyalı döyüşçü Peddi Pimblett P4P (çəkidən asılı olmayaraq ən yaxşı döyüşçü) reytinqində kimə üstünlük verdiyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, onun fikrincə, P4P reytinqində birinci yer UFC-nin yarım orta çəki üzrə hazırkı çempionu İslam Maxaçevə məxsusdur. İkinci yeri isə yüngül çəki üzrə çempion İliya Topuriya tutur.

Pimblett TheMacLife YouTube kanalına verdiyi açıqlamada deyib:

“Mənim üçün İslam P4P-də birincidir. İliya isə ikinci yerdədir. Mən İliyanı məğlub edib bu siyahıya düşmək istəyirəm. Hamıya göstərmək istəyirəm ki, çəki kateqoriyaları nə üçün mövcuddur və o mənə qalib gəlmək üçün sadəcə çox kiçikdir”.

Qeyd edək ki, UFC-nin rəsmi P4P reytinqində də Maxaçev birinci, Topuriya ikinci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Peddi Pimblett,UFC,Reytinq,Üstünlük,Todaypress.tv,