Pilotların rolu artır: Lekler yeni qaydaları belə dəyərləndirdi

İdman

07.02.2026 15:57

“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula-1”də tətbiq ediləcək yeni texniki reqlament barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, monakolu sürücü dəyişiklikləri çempionat tarixində ən böyük yeniliklərdən biri kimi qiymətləndirib.

Onun sözlərinə görə, yeni qaydalar yarışları daha maraqlı edir və pilotlardan fərqli yanaşma tələb edir.

Lekler bildirib ki, o, “Formula-1”ə gəldikdən sonra yalnız 2022-ci ildə böyük reqlament dəyişikliyi həyata keçirilib. Hazırkı dəyişikliklər isə miqyas baxımından daha genişdir.

Pilot əlavə edib ki, komandalar indi bir çox proqramları yenidən öyrənməli olur. Yeni sistemdən maksimum fayda əldə etmək üçün daha dərindən analiz aparmaq lazımdır. 

Leklerin fikrincə, yeni qaydalar şəraitində pilotun rolu daha da artır: sürüş tərzi, yarışın gedişinə nəzarət və taktiki qərarlar nəticələrə ciddi təsir göstərəcək.

Namiq HUN

TodayPress TV

tag: Şarl Lekler,Ferrari,Formula-1,pilot,Todaypress.tv,