Piastri “Maklaren”də daxili qaydalar barədə açıqlama verdi

İdman

05.02.2026 12:41

“Maklaren” komandasının avstraliyalı “Formula-1” pilotu Oskar Piastri britaniyalı kollektiv daxilində tətbiq olunan “papaya qaydaları” barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, Piastrinin sözlərini RacingNews365 yayıb.

““Papaya qaydaları”? Keçən mövsüm mənə bərabər şanslar verilmişdi və bu mövsümdə də hər şeyin eyni qalacağını gözləyirəm. Ötən il bəzi məqamları daha yaxşı etmək mümkün idi və yəqin ki, bu, azarkeşlərə də aydın görünürdü.

Şəxsən mənə qarşı komanda tərəfindən heç vaxt pis niyyət olmayıb və qərarlara heç vaxt şübhə etməmişəm. Yenə də deyirəm: bəzi şeyləri daha yaxşı etmək, bəzi situasiyaları fərqli həll etmək olardı, amma bu, böyük idmanın və “Formula-1”in bir hissəsidir.

Heç vaxt hər qərarı düzgün verə bilməzsiniz. Heç vaxt hamını xoşbəxt edə bilməzsiniz – “Formula-1”in özünəməxsus təbiəti də məhz budur, çünki bu, komanda idmanıdır, lakin sonda fərdi mükafat da var. Düşünürəm ki, ötən il mənim bərabər şanslarım var idi. İndi vəziyyəti yaxşılaşdırmaq və daha güclü olmaq üzərində işləyirik”, - deyə Piastri bildirib. 

Namiq HUN

TodayPress TV

tag: Oskar Piastri,Formula 1,yarış,Pilot,Todaypress.tv,