Peresdən açıq mesaj: Vinisius “kral klubu”nun gələcəyidir
İdman
22.01.2026 15:46
“Real Madrid” klubunun prezidenti Florentino Peres Vinisius Juniorun gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Carrusel Deportivo” məlumat yayıb.
Braziliyalı vingerin 2027-ci ilin iyununda başa çatacaq müqaviləsinin uzadılmasının planlaşdırıldığı bildirilir. Florentino Peres Vinisiusu “kral klubu” üçün əvəzolunmaz futbolçu hesab edir. O, yaxın çevrəsinə bildirib ki, yüksək səviyyəli məşqçilər tapmaq mümkündür, lakin Vinisius səviyyəsində futbolçular bazarda olduqca nadirdir.
“Real”ın baş məşqçisi ilə Vinisius Junior arasında mövcud olan müsbət münasibətlər müqavilə uzadılması prosesində müsbət amil sayılsa da, hücumçunun maaşla bağlı yüksək tələbləri danışıqlarda müəyyən ehtiyat yaradır.
“Real Madrid” rəhbərliyi Vinisiusun yenidən ən yüksək formasına qayıtmasını istəyir. Yalnız bu halda ona maliyyə baxımından çox sərfəli və uzunmüddətli müqavilə təklif ediləcək.
Namiq HUN
tag: “Real Madrid”, Florentino Perez,
