Pegula və Kiz Şvöntek-Nadal məşqlərinə reaksiyalarını bildirdi
İdman
09.04.2026 13:36
ABŞ tennisçiləri - Cessika Pegula və Medison Kiz, polşalı tennisçi İqa Şvöntekin Rafael Nadalin akademiyasında keçirilən məşqlərinə reaksiyalarını bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Player’s Box” məlumat yayıb.
Pegula deyib: “Mən o videonu gördüm - İqa və Rafa torpaq meydançada məşq edirdi və düşündüm “ehh… bu hər kəs üçün yaxşı deyil”. Bu qanunsuz olmalıdır. Buna icazə verilməməlidir”.
Kiz əlavə edib: “Düşündüm “ay allah. Ən son ehtiyacımız olan, Rafanın İqaya torpaq üzərində məsləhət verməsi idi… Dəhşətlidir”.
Qeyd edək ki, İqa Şvöntek əvvəlcə 58 yaşlı ispan mütəxəssis Fransisko Royq ilə əməkdaşlığa başladığını elan edib. 22 dəfə “Böyük Dəbilqə” qalibi və sabiq dünya birincisi olan Rafael Nadal isə Şvöntekin torpaq mövsümünə hazırlıq dövründə məşqlərində şəxsən iştirak edib.
Namiq HUN
tag: Cessika Pegula,Medison Kiz,Rafael Nadal,İqa Şvöntek,Tdoaypress.tv,
