Pedridən seçim: “Yeni Çempionlar Liqası daha maraqlıdır”

İdman

15.01.2026 15:39

“Barselona” klubunun yarımmüdafiəçisi Pedri UEFA Çempionlar Liqasının Liqa mərhələsindən ibarət yeni formatına münasibəti ilə bağlı sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Esquire nəşri məlumat yayıb. 

“Yeni Çempionlar Liqası formatını bəyənirəmmi? Hansı formatın daha çox xoşuma gəldiyini - bu, yoxsa əvvəlki - yüz faiz əminliklə deyə bilmərəm. Əgər seçim etməli olsam, yenisini seçərdim. Çünki ilkin mərhələdə güclü komandalar arasında daha çox maraqlı oyunlar keçirilir”, - deyə Pedri bildirib. 

Qeyd edək ki, 2024/2025 mövsümünə qədər Çempionlar Liqasının qrup mərhələsi dörd komandadan ibarət səkkiz qrupdan təşkil olunurdu. Hər bir klub öz qrupunda rəqiblərlə ev və səfər olmaqla altı oyun keçirirdi.

2024/2025 mövsümündən etibarən isə Çempionlar Liqasında yeni format tətbiq olunub. Bu formatda 36 klubdan ibarət Liqa mərhələsi mövcuddur və hər bir iştirakçı səkkiz oyun keçirir - dörd evdə, dörd səfərdə. Rəqiblər püşkatma yolu ilə müəyyənləşdirilir.

Namiq HUN

TodayPress TV 

tag: Barselona,Pedri,UEFA,Liqa,Todaypress.tv,