Osimhenin qolu sındı, “Qalatasaray” ÇL-dən kənar qaldı!
“Qalatasaray” klubunun futbolçusu Viktor Osimhenin qolu sınıb.
TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu İngiltərədə “Liverpul”a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyununda zədələnib.
Osimhenin qoluna gips qoyulub. “Aslanlar”ın digər oyunçusu Noa Lanq isə sağ barmağındakı kəsiklə bağlı Liverpul şəhərində əməliyyat olunacaq.
Qeyd edək ki, Türkiyədə “Liverpul”a 1:0 hesabı ilə qalib gələn “Qalatasaray” iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Namiq HUN