O'Sallivan şou göstərdi: Dramatik qələbə və final bileti

İdman

21.03.2026 14:38

Snuker üzrə yeddiqat dünya çempionu Ronni O'Sallivan “World Open 2026” turnirinin ilk finalçısı olub. 

TodayPress TV xəbər verir ki, o, yarımfinalda çinli U İtzeni həlledici freymdə 6:5 hesabı ilə məğlub edib.

Bu nəticə Ronni O'Sallivan üçün reytinq turnirlərində karyerasının 66-cı finalı olub.

Digər yarımfinalda Cadd Tramp və Tepçayya Un-Nu qarşılaşacaq. Bu görüşün qalibi finalda O'Sallivanın rəqibi olacaq.

Qeyd edək ki, bir gün əvvəl Ronni O'Sallivan snuker tarixində maksimal breyk rekordunu yeniləyib. O, 1/4 finalda Rayan Dey üzərində 5:0 hesablı qələbə qazanarkən 153 xallıq seriya edib. Əvvəlki rekord Ceymi Bernettə məxsus idi.

Turnir Çində keçirilir və 22 mart tarixində başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Snuker,Ronni O'Sallivan,World Open 2026,Finalçı,Todaypress.tv,