Osaka üçün kədərli qərar: “Australian Open”də çıxışını dayandırdı

Osaka üçün kədərli qərar: “Australian Open”də çıxışını dayandırdı
24.01.2026 14:15 İdman

Dördqat “Böyük Dəbilqə” çempionu, dünyanın 17-ci raketkası olan Naomi Osaka “Australian Open - 2026” turnirində mübarizəni dayandırıb.

TodayPress TV xəbər verir ki, Naomi sağlamlığı ilə bağlı turnirlə erkən vidalaşmalı olub.  

“Mən turnirdən çıxmaqla bağlı çətin bir qərar verməli oldum. Çünki son oyundan sonra bədənim mənə bunu söylədi.

Mən çıxışımı davam etdirmək üçün çox həyəcanlı idim və bu mənim üçün çox şey demək idi, buna görə burada dayanmaq məni üzür. Amma korta qayıtmaqla  sağlamlığımı daha çox riskə atmaq imkanım yoxdur.

Bütün sevgiyə və dəstəyə təşəkkür edirəm. Mən hər kəsin mənə göstərdiyi böyük dəstəyə çox minnətdaram. Həmçinin komandama hər zaman yanımda olduqları üçün təşəkkür edirəm. Turnir təşkilatçılarına mehribanlıqları üçün təşəkkür edirəm”, - Osaka sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Naomi Osaka üçüncü turda avstraliyalı Meddison Inqlis ilə qarşılaşmalı idi. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər