“Onlar hamıdan üstündür” - Redik Lebron və Cordanı seçdi

İdman

27.01.2026 14:23

“Los-Anceles Leykers” klubunun baş məşqçisi Cey Cey Redik basketbol tarixinin iki ən böyük oyunçusunun adını açıqlayıb.

TodayPress TV xəbər verir ki, ulduz forvardı Lebron Ceymsin böyüklüyü barədə fikirlərini bölüşən mütəxəssis, onun veteran basketbolçu Maykl Cordanla müqayisəsinə münasibət bildirib.

Redik vurğulayıb ki, müxtəlif dövrlərdə çıxış etmiş oyunçuları obyektiv şəkildə müqayisə etmək mümkün deyil. Onun fikrincə, məhz bu iki ad basketbol tarixinin zirvəsində yer alır.

“Dəfələrlə demişəm ki, istənilən dövrün ən böyük oyunçuları başqa zamanlarda da böyük olardılar. Fərqli dövrləri, oyun üslublarını, hətta statistikanı müqayisə etmək çox çətindir. Bilirsiniz, Cordan birincidir, Lebron birincidir; Cordan ikincidir, Lebron ikincidir. Necə saymağınızdan asılı olmayaraq, mənim üçün onlar bütün dövrlərin iki ən böyük basketbolçusudur”, - deyə Redik bildirib.

Namiq HUN

TodayPress TV

tag: Lebron Ceyms,Maykl Cordan,Cey Cey Redik,Los-Anceles Leykers,Todaypress.tv,