Olise ailəsi ilə matça gəlir, fanatlarda maraq yüksəkdir

İdman

21.03.2026 16:35

“Bavariya” klubunun cinah hücumçusu Maykl Olisenin ailəsi İngiltərə Premyer Liqasının XXXI turunda keçiriləcək “Liverpul” – “Brayton” matçına baxacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə “İndykaila News” nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, 24 yaşlı futbolçu Məhəmməd Salahin yerini doldurmaq üçün “Liverpul” tərəfindən namizəd kimi qiymətləndirilir.

Daha əvvəl “Real Madrid” Olisenin transferi üçün 160 milyon avro ödəməyə hazır olduğu bildirib.

Qeyd edək ki, cari mövsümdə Maykl Olise 38 oyunda iştirak edib, 15 qol və 27 məhsuldar ötürmə ilə fərqlənib. Onun klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında futbolçunun bazar qiyməti 140 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

tag: Bavariya,Olisen,Liverpul,Brayton,Todaypress.tv,