Olimpiya çempionu həbs edildi
İdman
25.01.2026 00:39
2002-ci il Qış Olimpiya Oyunlarının qalibi olan kanadalı atlet Rayan Vedinq Meksikada narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.
FTB direktoru Kaş Patelin sözlərinə görə, Vedinq cinayətkar təşkilata rəhbərlik etməkdə və narkotik ticarətindən əldə olunan pulları yumaqda şübhəli bilinir. Bildirilir ki, FTB 2025-ci ilin mart ayında onun tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat elan etmişdi.
Keçmiş idmançı 2024-cü ildə Meksikada saxlanılıb. Uzun müddət onun harada olduğu məlum olmayıb. Vedinq ABŞ-yə ekstradisiya olunacağı təqdirdə federal həbsxanada ömürlük həbs cəzası ilə üzləşə bilər.
İstintaq materiallarına əsasən, Vedinqin Endryu Klark adlı şəxslə əməkdaşlıq etdiyi güman olunur. Müstəntiqlər onların narkotik oğurluğu ilə bağlı iki nəfərin qətlini sifariş etdiklərini iddia edirlər.
Türkan İsgəndərli
tag: Olimpiya,Çempion,Narkotik,Rayan Vedinq,Todaypress.tv,
