“Nyu-York Reyncers” doğma arenada antirekordla yadda qaldı

İdman

15.01.2026 11:53

“Nyu-York Reyncers” cari mövsümdə ev oyunlarında ən çox uduzan ABŞ Milli Xokkey Liqası (NHL) klubudur.

TodayPress TV xəbər verir ki, “Nyu-York Reyncers” NHL-in 2025/2026 mövsümünün müntəzəm çempionatında doğma arenada keçirdiyi 22 oyunun 17-də məğlub olub. 

Bu məğlubiyyətlərin 13-ü əsas vaxtda, dördü isə əlavə vaxtda və ya bullitlər seriyasında qeydə alınıb.

“Reyncers” ev oyunlarında məğlubiyyətlərin sayına görə NHL-də ən zəif göstəriciyə sahibdir. Liqanın hər iki konfransında digər komandalar arasında maksimum göstərici 15 ev məğlubiyyətidir.

Şərq konfransında Nyu-York təmsilçisi öz meydanında toplanan xallara görə açıq-aşkar autsayderdir - 22 oyunda cəmi 14 xal. Şərqdə digər bütün klublar ev oyunlarında minimum 24 xal qazanıb. Qərb konfransında isə daha az xal toplayan yalnız evdə daha az oyun keçirmiş “Vankuver Kenaks” klubudur - 19 ev matçında 11 xal.

Namiq HUN

TodayPress TV

tag: Nyu-York Reyncers,NHL,Klub,Məğlubiyyət,Todaypress.tv,