NHL tarixində geri sayım başladı: Oveçkin – 21 qol məsafəsində

NHL tarixində geri sayım başladı: Oveçkin – 21 qol məsafəsində
24.01.2026 09:30 İdman

Rusiyalı hücumçu və “Vaşinqton Kepitalz” klubunun kapitanı Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) müntəzəm çempionatında “Kalqari Fleyms”ə qarşı keçirilən və 3:1 hesabı ilə başa çatan oyunda qol müəllifi olub.

TodayPress TV xəbər verir ki, bu qol Oveçkinin NHL-də karyerası ərzində pley-off oyunları da daxil olmaqla vurduğu qolların sayını 995-ə çatdırıb.

Hazırda “paytaxtlılar”ın kapitanının hesabında NHL-in müntəzəm çempionatlarında 918 qol, Stenli Kubokunda isə 77 qol var.

Bu göstərici ilə Oveçkin liqa tarixində ikinci pillədə qərarlaşıb. O, yalnız kanadalı Ueyn Qretzkidən geri qalır. Qretzkinin hesabında ümumilikdə 1016 qol var: 894-ü müntəzəm çempionatlarda, 122-si isə pley-off oyunlarında vurulub.

Beləliklə, Oveçkinin NHL-də pley-off oyunları da daxil olmaqla Qretzki rekorduna çatmasına 21 qol qalır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər