Neymar: Çağırılsam da, çağırılmasam da millinin yanındayam

İdman

16.03.2026 11:57

Braziliyalı ulduz futbolçu Neymar milli komandaya mümkün dəvət barədə açıqlama verib.

TodayPress TV xəbər verir ki, o “Korintians” ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Hücumçu, Braziliya millisinin baş məşqçisi Karlo Ancelotti tərəfindən yığmaya çağırılıb-çağırılmayacağı ilə bağlı danışıb. 

Neymar bu məsələ ilə bağlı belə deyib:

“Sabah dəvət olacaq? Dəvət olunub-olunmamağımdan asılı olmayaraq, mən hər zaman Braziliya millisini dəstəkləyəcəyəm”.

Qeyd edək ki, daha əvvəl mətbuatda futbolçunun Braziliya yığma komandasının dünya çempionatı üçün ilkin siyahısına daxil edildiyi barədə məlumat yayılmışdı.

Neymar “Korintians”la oyunda 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, Braziliya millisi yaxın vaxtlarda iki yoldaşlıq görüşü keçirəcək. Komanda martın 26-da Fransa yığması ilə, aprelin 1-də isə Xorvatiya millisi ilə üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

tag: Neyma,Braziliya,Milli,Dəvət,Todaypress.tv,