Nərddə zirvə bizimdir: Həsənzadə qızıl medal qazandı!
Özbəkistanın paytaxtı Daşkənddə “Asiya Qran-pri 2026” beynəlxalq nərd turniri keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 55-dən çox ölkədən 700-ə yaxın iştirakçının qatıldığı turnirdə Azərbaycan yığma komandasının üzvü Kənan Həsənzadə “Backgammon” (Blitz) kateqoriyasında 256 iştirakçı arasında qızıl medal qazanıb.
Namiq HUN