"Neftçi" "İmişli"ni darmadağın etdi

"Neftçi" "İmişli"ni darmadağın etdi
20.03.2026 21:09 İdman

Misli Premyer Liqasının XXV turunda "Neftçi" "İmişli" kollektivi ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyunda ev sahibləri 6:0 hesablı qələbə qazanıb.

Qolları Breno Almeyda (12), İmad Faraj (15, 50), Emil Səfərov (19, 60) və Emin Mahmudov (54) vurublar.

"Neftçi" 37 xalla altıncıdır. "İmişli" isə 22 xalla doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" isə "Qarabağ"ı (1:0) məğlub edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər