NBA əfsanəsi: Yokiç Börd səviyyəsinə yüksələ bilər

İdman

01.04.2026 15:44

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu və “Boston Seltiks” klubunun əfsanəsi Robert Periş “Denver Naggets” komandasının ulduzu Nikola Yokiç barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, Periş serbiyalı basketbolçunun gələcəkdə NBA tarixinin ən böyüklərindən biri ola biləcəyini bildirib.

Onun sözlərinə görə, Larri Börd kimi əfsanəvi oyunçuların səviyyəsinə çatmaq çox çətindir:

“Bütün hörmətimlə Lebron Ceyms, Kevin Dürant və Keydi Leonard kimi oyunçulara – onları Larri Börd ilə eyni səviyyəyə qoymaq çətindir. Ceyms və Dürant ona yaxınlaşırlar. Ən böyüklər masasına düşmək çox çətindir. Məncə, bu yer uğrunda mübarizə apara biləcək yeganə oyunçu Denverdən olan böyük oğlandır – Nikola Yokiçdir.

Ola bilsin ki, onun üçün ayrıca yer ayırmaq lazım gələcək. Əgər sağlam qalsa, o, ən böyüklərdən birinə çevriləcək. Gənc nəsildən bunu bacaracağına ən çox inandığım yeganə oyunçudur”.

Namiq HUN

TodayPress TV

tag: NBA,Robert Periş,Nikola Yokiç,Boston Seltiks,Denver Naggets,Todaypress.tv,