Naqano Olimpiadasının mükafatçısı qar uçqununda həyatını itirdi

İdman

14.01.2026 09:08

1998-ci il Naqano Qış Olimpiya Oyunlarının nəhəng slalom üzrə bürünc medalçısı, isveçrəli snoubordçu Ueli Kestenhols İsveçrədə baş verən qar uçqunu nəticəsində vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb.

Hadisə İsveçrənin Letçental vadisində, təxminən 2400 metr yüksəklikdə qeydə alınıb. Ueli Kestenhols qar uçqunu zamanı başqa bir idmançı ilə birlikdə dağlarda olub. 50 yaşlı snoubordçu helikopterlə əvvəlcə Visp, daha sonra isə Syon şəhərinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ueli Kestenhols 1998-ci ildə Naqano Olimpiadasında qazandığı bürünc medalla yanaşı, 2002-ci ildə Solt Leyk Siti, 2006-cı ildə isə Turin Olimpiadalarında snoubordun kross növündə də iştirak edib.

İsveçrəli idmançı karyerası ərzində iki dəfə dünya çempionu (2000, 2001) olub, həmçinin “Winter X Games” turnirində borterkross üzrə 2003 və 2004-cü illərdə qalib adını qazanıb.

Ueli Kestenhols 2006-cı ildə peşəkar karyerasını başa vurmuşdu.

Namiq HUN

TodayPress TV

tag: Ueli Kestenhols,Naqano,Qar uçqunu,Olimpiya,Todaypress.tv,