Müdafiədə böyük dəyişiklik: “Barselona” yeni ulduz axtarır

İdman

21.03.2026 11:27

“Barselona” klubu “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır.

TodayPress TV “Estadio Deportivo” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi futbolçunu 100 milyon avroya qiymətləndirir, bu isə kataloniyalılar üçün problem yarada bilər.

Mənbənin məlumatına görə, bu transferin çətinliyi nəzərə alınaraq “Barselona” alternativ variant kimi “Aston Villa”nın müdafiəçisi Pau Torresi nəzərdən keçirir. O, İspaniya futbolunda çıxış təcrübəsinə malikdir və topa nəzarətə əsaslanan oyuna tez uyğunlaşa bilər.

Bundan əlavə, klub “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek variantını da gündəmdə saxlayır.

Qeyd edək ki,cari mövsümdə Pau Torres bütün turnirlərdə 26 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 22 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

tag: Barselona,İnter,Alessandro Bastoni,Aston Villa,Todaypress.tv,