Mövsüm yarımçıq qala bilər: Zinçenkonun icarəsi təhlükə altındadır

İdman

15.01.2026 10:43

“Nottingem Forest” klubu “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko ilə olan icarə müqaviləsini mövsümün sonunu gözləmədən dayandırmağa hazırdır. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Sami Mokbel BBC-yə istinadla X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, müqavilədə icarənin vaxtından əvvəl ləğvini nəzərdə tutan xüsusi mexanizm yoxdur. Bu səbəbdən məsələnin maliyyə və hüquqi məsuliyyəti birbaşa “Nottingem Forest” klubunun üzərinə düşür. “Arsenal”ın heyəti artıq tam formalaşıb və London klubu ukraynalı futbolçunun geri qayıdışını gözləmir.

Qeyd edək ki, cari mövsümdə Aleksandr Zinçenko klub səviyyəsində bütün turnirlərdə 10 oyunda iştirak edib və məhsuldar göstəricilərlə yadda qalmayıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 15 milyon avro təşkil edir. Onun “Nottingem Forest”dəki icarə müddəti cari mövsümün sonunda başa çatır, eyni zamanda “Arsenal”la müqaviləsinin də müddəti həmin vaxt bitir.

Namiq HUN

TodayPress TV

tag: Aleksandr Zinçenko,Arsenal,Nottingem Forest,Klub,Todaypress.tv,