Montedzemolo: Liderlərdən geri qalmaq ağrılıdır, amma ümidsiz deyil
İdman
21.03.2026 17:28
“Formula-1” üzrə “Ferrari” komandasının sabiq prezidenti Luka di Montedzemolo, cari mövsümünün başlanğıcı barədə fikirlərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.
Montedzemolo mövcud “Skuderiya” maşınının çempionluq uğrunda mübarizə apara biləcək səviyyədə olmadığını bildirib:
“Bunu deməyə təəssüf edirəm, amma mövsümün əvvəlindən gördüyümüzə əsasən, onların yaxşı maşını var, lakin Dünya Çempionatını qazana biləcək səviyyədə deyil. Ən ağrılı tərəf isə odur ki, son 10 ildə onlar bir dəfə də titul uğrunda final yarışına çata bilməyiblər. Mənim zamanımda biz 11 çempionatı son nəfəsimizə qədər uduzurduq. Bu mənim üçün qarın nahiyəsinə vurulan zərbə kimi idi, amma ən azı titul uğrunda mübarizə aparırdıq.
Fərq böyükdür, amma liderləri izləyən komandalar inkişaf edə bilər, pit-stoplar isə hələ uzun sürəcək. Ola bilsin, hər şey göründüyü qədər ümidsiz deyil”.
Qeyd edək ki, iki mərhələdən sonra “Mercedes” Konstrukturlar Kubokunda liderdir və “Ferrari”ni 31 xal fərqi ilə qabaqlayır. Lyuis Hemilton, Çində “Skuderiya” ilə ilk podiumunu qazandıqdan sonra, alman komandasının təxminən yarım saniyə sürət üstünlüyünə malik olduğunu etiraf edib.
Namiq HUN
tag: Formula-1,Ferrari,Luka di Montedzemolo,Skuderiya,Todaypress.tv,
