Millimiz Şimali İrlandiyaya uduzdu

İdman

28.03.2026 22:00

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.

TodayPress TV-nin  məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 rəqibinə 1:2 hesabı ilə uduzub.

Görüşdə hesabı 25-ci dəqiqədə Tuncay Əhmədov açıb.

Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda keçirilib.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.

TodayPress TV

tag: Azərbaycan, Milli, Futbol, U-19, todaypress.tv,