Millidə dəyişiklik: üç oyunçu son anda siyahıdan çıxarıldı

Millidə dəyişiklik: üç oyunçu son anda siyahıdan çıxarıldı
30.03.2026 14:22 İdman

Futbol üzrə Azərbaycan yığma komandasının “FIFA Series - 2026” çərçivəsində Syerra-Leone millisi ilə keçirəcəyi oyun üçün heyəti müəyyənləşib.

TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov iştirak ərizəsinə 24 futbolçunun adını daxil edib. 

Toplantıya dəvət alan futbolçulardan üçü qarşılaşmanı buraxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçi Aleksey İsayev siyahıda yer almayıblar.

Qeyd edək ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək Azərbaycan - Syerra-Leone oyun saat 19:00-da start götürəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər