Milli futbolçumuza yüksək qiymət: Koreyada liderlik rolu
Azərbaycan milli komandasının futbolçusu Anton Krivotsyuk Cənubi Koreyada vitse-kapitan seçilib.
TodayPress TV xəbər verir ki, yığmamızın müdafiəçisi Cənubi Koreyanın “Daejeon Hana Citizen” klubunda vitse-kapitan etimadını qazanıb.
2023-cü ildən etibarən Tedjon təmsilçisinin şərəfini qoruyan Krivotsyuk komandanın heyətində 92 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN