Messi “Barselona”ya qayıdır? Laportadan diqqətçəkən açıqlama

İdman

17.03.2026 09:23

Joan Laporta yenidən “Barselona” klubunun prezidenti seçildikdən sonra Lionel Messinin mümkün qayıdışı ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə TV3-ə müsahibəsində bildirib.

“Leo həmişə özü istədiyi qədər “Barselona” ilə bağlı olacaq. Əgər o, bu klubun böyüklüyünü daha da gücləndirmək və artırmaq üçün kömək etmək istəsə, klubun qapıları onun üzünə açıqdır”, – deyə Laporta açıqlama verib. 

Xatırladaq ki, Messi 2021-ci ildə “Barselona”dan ayrılıb. Hazırda Leo “Inter Mayami” klubunun heyətində MLS-də çıxış edir.

Onu da qeyd edək ki, Laporta ötən gün keçirilən seçkilərdə yenidən klub prezidenti seçilib və onun yeni səlahiyyət müddəti 2031-ci ilə qədər davam edəcək.

Namiq HUN

TodayPress TV

tag: Joan Laporta,Barselona,Lionel Messi,Inter Mayami,Todaypress.tv,