Mərkəzi kort Federeri alqışladı: Əfsanə Ruuda şans vermədi

Mərkəzi kort Federeri alqışladı: Əfsanə Ruuda şans vermədi
16.01.2026 13:41 İdman

“Böyük Dəbilqə” turnirlərinin 20 qat qalibi, keçmiş dünya birincisi, 44 yaşlı isveçrəli tennisçi Rocer Federer Australian Open - 2026 öncəsi dünyanın 13-cü raketkası, norveçli Kasper Ruud ilə doqquz xallıq tay-breyk keçirib.

TodayPress TV xəbər verir ki, görüş Federerin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Rocer Federer Australian Open - 2026 turnirinə azarkeş qismində qatılıb. Onun Ruudla mini-matçı turnirin Mərkəzi kortunda baş tutub və qarşılaşmanı yüzlərlə tamaşaçı izləyib.

Qeyd edək ki, Australian Open - 2026 yanvarın 18-dən fevralın 1-dək keçiriləcək. Kişilərin fərdi yarışında hazırkı çempion dünyanın ikinci raketkası olan italiyalı tennisçi Yannik Sinnerdir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər