Mərc istintaqında saxlanılan Yandaş azadlığa buraxıldı

İdman

03.04.2026 14:46

“Fənərbağça” klubunun oyun alqı-satqısına görə tutulan futboçusu Mert Hakan Yandaş azadlığa buraxılıb. 

TodayPress TV xəbər verir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. 

Mərc oyunları ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan futbolçunun məhkəmə qərarı ilə azadlığa buraxılması qərara alınıb.

Barəsində 17 il 10 ayadək azadlıqdan məhrumetmə cəzası istənilən 31 yaşlı yarımmüdafiəçi ilk dəfə hakim qarşısına çıxıb. Mert Hakan Yandaş ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib və heç bir şəxsi qanunsuz mərc oyunlarına cəlb etmədiyini vurğulayıb.

Namiq HUN

TodayPress TV

tag: Mert Hakan Yandaş,Fənərbağça,Mərc,Azadlıq,Todaypress.tv,