“Mən heç kim deyiləm, mən Lamin Yamalam!” – “Barselona” ulduzunun böyük hədəfi

“Mən heç kim deyiləm, mən Lamin Yamalam!” – “Barselona” ulduzunun böyük hədəfi
23.09.2026 11:44 İdman

“Barselona”nın və İspaniya millisinin vingeri Lamin Yamal əfsanəvi futbolçularla bir sırada dayanmaq arzusu barədə bəyanat verib.

TodayPress TV xəbər verir ki, o, “L'Équipe” nəşrinə verdiyi müsahibədə futbol tarixində öz izini qoymaq istəyi və gələcək hədəfləri haqqında danışıb.

“Həmişə deyirəm ki, maksimum yüksəyə can atmaq lazımdır. Ofisiant olsaydım, restoran sahibi olmağı xəyal edərdim. 

Mən tarixdə qalmaq üçün oynayıram, elə etmək istəyirəm ki, 30 ildən sonra gənclər: “O da möhtəşəm idi” desinlər.

Lakin bu, bir sapqıntı (fiksasiya) deyil, heç vaxt “Peledən, Messidən daha yaxşı olmaq istəyirəm” deyə düşünmürəm. Özümü heç kimlə müqayisə etmək istəmirəm. Mən Lamin Yamal olmaq, Lamin Yamal kimi xatırlanmaq istəyirəm. Ümid edirəm ki, böyüklərin arasında yer alacağam. Düşünürəm ki, bunun üçün imkanlarım və resurslarım var, hər şey özümdən asılıdır”, - deyə Yamal bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər