Melburn xəyalları yarımçıq qaldı: Qasanova finalda uduzdu

İdman

15.01.2026 09:46

Rusiyanın Azərbaycanəsilli tennisçisi Anastasiya Qasanova “Böyük dəbilqə” seriyalı “Australian Open” turnirinə vəsiqə qazana bilməyib. 

TodayPress TV xəbər verir ki, dünya reytinqində 212-ci pillədə qərarlaşan Qasanova Avstraliyanın Melburn şəhərində keçirilən qadınların təkbətək yarışında seçmə mərhələnin final oyununda sıralamanın 112-cisi olan Türkiyə təmsilçisi Zeynep Sönmezlə üz-üzə gəlib.

Görüş Türkiyə tennisçisinin iki setdə qələbəsi ilə başa çatıb - 6:2, 6:3.

Oyun 1 saat 25 dəqiqə davam edib. Qasanova matç ərzində heç bir eys etməyib, dörd ikiqat səhvə yol verib və yeddi breyk-poyntdan yalnız ikisini reallaşdırıb. Sönmez isə dörd eys vurub, iki ikiqat səhv edib və yeddi breyk-poyntdan beşini qazanıb.

Qeyd edək ki, “Australian Open”in qadınlar üzrə seçmə mərhələsində iştirak edən beş rusiyalı tennisçidən yalnız Anastasiya Qasanova final – üçüncü mərhələyə yüksələ bilib.

Namiq HUN

TodayPress TV

tag: Anastasiya Qasanova,Böyük dəbilqə,Melburn,Australian Open,Todaypress.tv,