MDB Oyunları: Üzgüçülərimiz bir gündə dörd medal qazandı - Yeniləndi
İdmanın üzgüçülük növündə III MDB Oyunlarının əyarı gümüş olan dördüncü medalı komandamıza Süleyman İsmayılzadə qazandırıb.
TodayPress TV xəbər verir ki, o, 200 metr məsafəyə sərbəst üsulla üzməkdə finişə ikinci çatıb. Qeyd edək ki, bu gün, həmçinin Azərbaycan komandasının üç təmsilçisi III MDB Oyunlarında medal qazanıb. Milli üzvüləri – Oqtay Hüseynov və Mehri Əbdürəhmanlı multi-idman oyunlarının gümüş, Anastasiya Qnussina isə bürünc medalına sahib çıxıblar. Hər üç idmançımız 200 metr məsafəyə "butterfly" üsulu ilə üzməkdə bu uğura nail olub. Bu kateqoriyada çıxış edən digər üzgüçümüz Fərhad Məmmədli isə finişə beşinci çatıb. Namiq HUN