MDB Oyunları: Stolüstü tennisçilərimizdən yeddinci medal

MDB Oyunları: Stolüstü tennisçilərimizdən yeddinci medal
29.09.2025 12:43 İdman

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, o, fərdi yarışda rusiyalı rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. 

Bu gün Adil Əhmədzadə və Mərziyyə Nurmətova da fərdi mübarizədə multi-idman oyunlarının mükafatları uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, buna qədər Azərbaycanın stolüstü tennis üzrə yığma  komandasının hesabında 3 gümüş və 3 bürünc medal var idi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər