MDB Oyunları: Beş azərbaycanlı samboçunun qızıl şansı
Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışlarına start verilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan samboçuları 5 çəki dərəcəsində finala yüksəliblər.
Abdullətif Musayev (53 kq), Rüstəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+ 98 kq) multi-idman oyunlarının qızıl medalları uğrunda yarışacaqlar.
Mikayıl Amirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) yarımfinalda uduzduqlarından ən yaxşı halda turnirin bürünc medallarına sahib çıxa bilərlər.
Qeyd edək ki, III MDB Oyunlarında medal görüşləri saat 17:00-da başlayacaq.
Namiq HUN