MDB Oyunları: Azərbaycan ilk qızıl medalını qazandı

MDB Oyunları: Azərbaycan ilk qızıl medalını qazandı
29.09.2025 17:35 İdman

Abdullətif Musayev sambo yarışında Azərbaycana III MDB Oyunlarının qızıl medalını qazandırıb. 

TodayPress TV xəbər verir ki, təmsilçimiz çəkisi 53 kq-dək olan samboçuların final yarışında özbəkistanlı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, bu, Azərbaycan komandasının III MDB Oyunlarında qazandığı ilk qızıl medalıdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər