McLaren sürücüsü şok açıqlama etdi: yeni reglamet artıq qorxutmur
İdman
06.02.2026 13:05
““Formula-1” identikliyini itirməyib, bir çox narahatlıq aradan qalxıb”.
Avstraliyalı “Formula-1” pilotu, “McLaren” komandasının üzvü Oskar Piastri yeni reglametlə bağlı tənqidi şərhlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, Piastri bu barədə “RacingNews365”ə açıqlama verib.
O, qeyd edib ki, yeni qaydalar sürücülük identikliyini pozmayıb və bəzi dəyişikliklərə alışmaq lazım gələcək:
“Düşünmürəm ki, “Formula-1”in identikliyi tamamilə itirilib. Bəzi şeylərə alışmalı olacağıq. Lakin Barselonada trasda çıxış etməmişdən əvvəl olan narahatlıqların əksəriyəti artıq aradan qalxıb.
Bu o demək deyil ki, təkmilləşdiriləsi heç nə yoxdur. Amma lift and coast rejimi və buna bənzər dəyişikliklər - biz bunu əvvəllər də edirdik, sadəcə başqa səbəblərlə. Bəlkə də, ən çox dəyişikliklər kvalifikasiyada hiss olunacaq, əgər indi bunu nəzərə alsaq”, - deyə Piastri bildirib.
Namiq HUN
tag: “Formula-1”,“McLaren”,Oskar Piastri,Reglamet,Todaypress.tv,
