Mbappe meydan oxudu – “Real” “Bavariya”nı məğlub edəcək

Mbappe meydan oxudu – “Real” “Bavariya”nı məğlub edəcək
31.03.2026 15:37 İdman

Madrid “Real”ının hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə keçiriləcək oyunlar barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “El Chiringuito” nəşrinə danışıb.

Fransalı futbolçu rəqibin gücünü etiraf etsə də, “Real”ın bu qarşılaşmadan qalib ayrıla biləcəyini vurğulayıb: 

“Əgər onları kimsə məğlub edə bilərsə, bu, məhz ‘Real’dır”.

Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 7-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Aprelin 15-də isə komandalar Münhendəki  “Alyans Arena”da qarşılaşacaqlar.

Kilian Mbappe cari mövsüm Çempionlar Liqasında iştirak etdiyi 9 oyunda 13 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər