“Mançester Siti” baş məşqçisindən Haaland açıqlaması

İdman

17.01.2026 11:45

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Erlinq Haalandın iştirakı ilə baş verən epizodlarda hakimlərin qərarlarını şərh edib.

TodayPress TV xəbər verir ki, Qvardiolanın sözlərini Daily Mail nəşri yayıb. 

“Haaland dünyada yeganə hücumçudur ki, ona qarşı daha az faul olur, amma özü daha çox faul edir. Mən belə bir şeyi heç vaxt görməmişəm. Mövsümün əvvəlində hakimlər demişdi ki, hər şey əksinə olacaq, amma reallıq tamamilə fərqlidir. Mən başa düşmürəm və anlamıram ki, hər dəfə Haaland rəqibə toxunduqda niyə faul onun üzərinə yazılır”, - deyə ispaniyalı mütəxəssis bildirib. 

Qeyd edək ki, cari mövsümdə norveçli futbolçu bütün turnirlərdə 29 oyunda iştirak edib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalında Haalandın bazar dəyəri 200 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

tag: Xosep Qvardiola,Erlinq Haaland,Mançester Siti,Klub,Todaypress.tv,