“Maklaren” gizli plan qurur - Ferstappen diqqət mərkəzində

İdman

09.04.2026 16:48

“Maklaren” komandası Maks Ferstappenin vəziyyətini yaxından izləyir.

TodayPress TV xəbər verir ki, “Red Bull” pilotunun yarış mühəndisi Canpyero Lambyazenin transferi “papaya” təmsilçisinin icraçı direktoru Zak Braun üçün əlavə üstünlük hesab olunur.

Bununla belə, Lambyazenin mümkün gedişi dördqat dünya çempionu Ferstappenin gələcəyi ilə birbaşa bağlı deyil. Niderlandlı pilot Yaponiya Qran-prisindən sonra bildirib ki, yeni reqlament ona zövq vermir və hətta “Formula-1”dən ayrılma ehtimalını da istisna etməyib.

Bir neçə mənbənin iddiasına görə, Lambyaze 2028-ci ildə “Maklaren”ə qoşulacaq. O, hazırkı komanda rəhbəri Andrea Stellanın daha çox liderlik məsələlərinə fokuslanmasına imkan yaradacaq vəzifə tutacaq.

Namiq HUN

TodayPress TV

tag: Maks Ferstappen,Maklaren,Red Bull,Formula-1,Todaypress.tv,