“Maklaren” Barselona testlərinə yeni libresini çıxardı
Britaniya “Formula-1” komandası “Maklaren” İspaniyanın Barselona şəhərində başlayan mövsümöncəsi testlər üçün xüsusi libresini nümayiş etdirib.
TodayPress TV xəbər verir ki, yarış kollektivinin mətbuat xidməti görüntüləri paylaşıb.
Qeyd edək ki, ötən “Formula-1” mövsümündə “Maklaren” 833 xal toplayaraq Konstruktorlar Kubokunu qazanıb. Komandanın pilotları britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastridir. Lando Norris 2025-ci mövsümündə “Kraliça Yarışları”nın çempionu olub.
Namiq HUN