Luka Donçiç NBA tarixində unikal rekord qırdı

Luka Donçiç NBA tarixində unikal rekord qırdı
26.01.2026 12:36 İdman

“Los-Anceles Leykers” klubunun oyunçusu Luka Donçiç ABŞ Milli Basketbol Assosiasiyası tarixində unikal bir göstəriciyə imza atıb. 

TodayPress TV xəbər verir ki, bu barədə OptaSTATS-ın Statistika xidməti məlumat yayıb. 

Sloveniya əsilli basketbolçu ardıcıl altı səfər oyununun hər birində ən azı 30 xal, 8 assist və 1 top oğurlamasına nail olub.

Bu, NBA tarixində bütün oyunçular arasında ən uzun seriyadır.

Qeyd edək ki, 26 yaşlı Donçiç cari mövsüm NBA-da 35 oyunda iştirak edib. O, bu görüşlərdə ortalama 33,4 xal, 7,9 ribaund və 8,7 assist edib.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər